Press "Enter" to skip to content

 İki ayda 8 milyard kubmetrdən çox təbii qaz hasil edilib

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb”.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2025-ci il tarixinədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 mart tarixinədək 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qazixraca nəql edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.