Press "Enter" to skip to content

Ceyhun Bayramov Rebeka Qrinspa ilə görüşüb

Görüş zamanı

Görüşdə Azərbaycan-BMT əməkdaşlığının prioritetləri müzakirə olunub

BAYRAQDAR MEDİA – Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspa ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, “görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, mina təhlükəsi ilə mübarizə səylərində qarşılıqlı fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və tədbirin təşkil olunması üzrə BMT ilə əməkdaşlığımızın nümunəvi xarakter daşıdığını, bundan sonra da bu dinamikanın davam etdirilməsinin əhəmiyyətini qeyd edib”.

Məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizin donor dövlət kimi həyata keçirdiyi beynəlxalq yardım təşəbbüslərindən ətraflı bəhs edib, xüsusilə COVID19 pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrin pandemiya ilə mübarizəsi, o cümlədən postpandemiya dövründə dəstəklənməsi üzrə bir sıra yardımlar həyata keçirdiyini diqqətə çatdırıb: “Qarşı tərəf, həmçinin COP29 çərçivəsində əldə olunan nailiyyətlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən olunması, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə edilməsi, bununla yanaşı həyata keçirilən bir sıra təşəbbüslər barədə ətraflı məlumatlandırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.