Press "Enter" to skip to content

Cəbrayılda əmək yarmarkası keçirilib

Yarmarkadan fotolar

BAYRAQDAR MEDİA – Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Agentlik tərəfindən növbəti əmək yarmarkası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Cəbrayıl rayonunda təşkil edilib. Tədbirdə “Azəriqaz” İB-nin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim edilib”.

Məlumata görə, yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.