Press "Enter" to skip to content

BDU-nun rektoru Azərbaycanın Pakistandakı səfirliyində olub

BDU-nun rektoru Azərbaycanın Pakistandakı səfirliyində olub

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistana səfəri çərçivəsində Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüş zamanı BDU-nun Pakistanın aparıcı universitetləri ilə elmi və akademik əməkdaşlığının genişləndirilməsi, birgə tədqiqatların aparılması və tələbə-müəllim mübadilə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə edilib. Həmçinin, Pakistanın ali təhsil müəssisələri ilə imzalanan mövcud əməkdaşlıq sazişlərinin icra vəziyyəti və yeni imkanların araşdırılması barədə fikir mübadiləsi aparılıb. E.Babayev Azərbaycanın Pakistanla qardaşlıq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyini vurğulayaraq bu istiqamətdə BDU-nun təşəbbüslərini diqqətə çatdırıb. O, Pakistan universitetləri ilə birgə beynəlxalq layihələrə qoşulmaq, tədqiqat konsorsiumları yaratmaq, müştərək konfranslar və mədəni tədbirlər təşkil etmək niyyətində olduqlarını bildirib”.

Daha sonra xəbərdə, “X.Fərhadov isə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın Azərbaycan-Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün səfirliyin lazımi dəstəyi göstərəcəyini bildirib. O həmçinin Pakistan universitetlərinin BDU ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının əhəmiyyətini vurğulayıb. Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib və gələcək əməkdaşlığa dair konkret addımların atılması barədə razılıq əldə olunub” deyə bildirilir.

Qeyd edək ki, BDU beynəlxalq əlaqələrini genişləndirmək, elmi-innovativ və mədəni sahələrdə yeni tərəfdaşlıqlar qurmaq və qlobal elmi-mədəni mühitdə daha fəal iştirak etmək məqsədilə fəaliyyətini davam etdirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.