Press "Enter" to skip to content

Azərbaycan idmançısının beynəlxalq turnirdə növbəti qələbəsi

Əli Abdullayev

BAYRAQDAR MEDİA – Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb. Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək”.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.