Press "Enter" to skip to content

AZAL Səmərqəndə uçuşları bərpa edir

AZAL Səmərqəndə uçuşları bərpa edir

BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır. Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.