Press "Enter" to skip to content

Van gölünün dərinliklərində qala və divar qalıqları tapılıb

Van gölünün dərinliklərində qala və divar qalıqları tapılıb

BAYRAQDAR MEDİA – Sualtı kinooperator Tahsin Ceylan Sahil Mühafizəsi Van Gölü Qrup Komandanlığının dalğıc qrupları, Türkiyə Sualtı İdmanları Federasiyasının Van nümayəndəsi və Van Diving Dalğıc Məktəbinin təlimatçısı Serkan Ok ilə birlikdə Van gölünə dalaraq göldə araşdırma aparıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Anadolu” Xəbər Agentliyi məlumat yayıb.

Akdamar adası və Altınsaç bölgələrində dalışlar zamanı adanın sahilində 15 metr dərinlikdə T.Ceylan və komandası tərəfindən qalaya bənzər bir tikili və divar qalıqları qeydə alınıb.

Sahil Mühafizəsi Van Gölü Qrupu komandiri mayor Fırat Aslanın həyata keçirdiyi dalış zamanı divarda amfora (qədim küp) parçalarına da rast gələn T.Ceylan, gölün sahilyanı ərazilərdə əmələ gələn buz qatının altından şəklini çəkib.

Ceylan Van gölünün dərinliklərindəki sirləri araşdırmağa davam etdiklərini bildirib: “Gölün gözəlliyinin turizmə töhfə verməsini hədəfləyirik. Sərt qış şəraitində belə Van gölü fərqli bir gözəllikdir. Van ölkəmizdə ən çox qar yağan bölgələrdən biridir. Bu dəfə Sahil Mühafizəsi Van Gölü Qrup Komandanlığının dalğıc qrupları və Van Diving Dalğıc Məktəbi təlimatçıları ilə Akdamar Adası və Altınsaç bölgələrində dalışlar etdik. Səth suyunun 4 ilə 7 dərəcə arasında olduğu dalışlar zamanı yenə çox maraqlı görüntülər çəkdik”.

O, sonda Van gölünün sirlərini axtarmağa davam edəcəklərini deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.