Press "Enter" to skip to content

Türkün gücü həm də onun birliyindədir

Songül Bahar və Nadir Azəri

Songül Başar: Beynəlxalq aləmdə baş verənlər bizi daha da sıx bir-birimizə bağlanmağa, birlikdə addım atmağa, qarşılaşa biləcəyimiz hər hansı təhlükələrə qarşı bir olmağa səsləyir

BAYRAQDAR MEDİA – “Türkün gücü həm də onun birliyindədir. Biz bir olmalıyıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Bu Son Collection”un yaradıcısı və Yönetim Kurulu başqanı, Türkiyənin və dünyanın bir çox tanınmış iş qadınlarının, dövlət rəhbərlərinin xanımlarının geyimlərini dizayn edən, hazırda 40-a yaxın ölkəyə məhsul ixrac edən Songül Başar deyib.

Şəkildə soldan-sağa: Emine Erdoğan, Recep Tayyip Erdoğan və Songül Başar
Şəkildə soldan-sağa: Emine Erdoğan, Recep Tayyip Erdoğan və Songül Başar

Bakıya bu səfərində məqsəd Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi və “Gözdeki Umut Derneği”nin, həmçinin bir sıra yerli QHT-lərin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbirdə iştirak etmək olduğunu deyən Songül Başarın sözlərinə görə, bu cür tədbirlər türk dünyasının gələcəyi üçün də önəmlidir: “Mən tədbirdəki çıxışımda da qeyd etdim ki, bu cür tədbirlər davamlı olaraq keçirilməlidir. Həmin tədbirdə müxtəlif sahələri təmsil edən şəxslərin olması xüsusilə önəmlidir. Çünki bizlər hər birimiz təmsil etdiyimiz sahələrdə bu tədbirdə səslənən təkliflərin, birlik və bərabərlik çağırışlarının geniş insan kütləsinə çatması üçün çalışmalıyıq”.

Türk dünyasının ortaq dəyərlərini qorumaq vacibdir

Müsahibimiz əlavə edib ki, ümumiyyətlə, türklər öncə əməldə bir olmalıdırlar: “Əgər əməldə bir ola bilsək o zaman bütün sahələrdə bu birliyi təmin etmək mümkün olacaq. Bütün birliklərin ümumi nöqtəsi isə könül birliyidir. Könül birliyi həm də atılacaq addımlarda səmimi davranışın, məqsədlərə çatmaq üçün birlikdə addımlamağın vəhdətini ortaya qoymalıdır”.

S.Başar vurğulayıb ki, ümumiyyətlə bu gün türk dünyasının birlik və bərabərliyə əvvəlkindən daha çox ehtiyacı var: “Mən bunu deyəndə heç də onu qeyd etmək istəmirəm ki, türk dünyasında birlik yoxdur. Mən demək istəyirəm ki, bu birliyimizin daha da möhkəmlənməsi, genişlənməsi və dərinləşməsinə ehtiyac var. Çünki beynəlxalq aləmdə baş verənlər, həmçinin ətrafımızda cərəyan edən proseslər bizi daha da sıx bir-birimizə bağlanmağa, birlikdə addım atmağa, qarşılaşa biləcəyimiz hər hansı təhlükələrə qarşı bir olmağa səsləyir”.

Türk dünyasının birliyi möhkəm təməllərə əsaslanır

Müsahibimiz sözlərini davam edərək deyib ki, hazırda dünyanın da türkün birliyinə ehtiyacı var: “Türklər dünyaya hər zaman birlik, bərabərlik, sülh və rifah bəxş ediblər. Çünki türklər hər zaman ədalətli davranıblar. Bu gün qan çanağına dönən dünyaının yenə də türkün ədalətinə ehtyacı var. Həmin ədalətin təmin olunması isə ilk növbədə bizim özümüzün daha sıx şəkildə birliyimizdən keçir. Digər tərəfdən kimsəyə sirr deyil ki, dünyadakı məkrli qüvvələr hıər zaman türk dünyasına qarşı hanısa planlar hazırlayıblar. Biz bir olmalıyıq ki, onların bu istiqamətdəki gələcək planlarını da iflasa uğradaq. Bir sözlə, biz öncə özümüz bir-birimizə dayaq olmalı, bir-birimizə möhkəm sarılmalıyıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.