Press "Enter" to skip to content

 “Sosial işin idarə edilməsi” altsistemi yaradılır

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılması işləri aparılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “bu e-sistem çətin həyat şəraitində olan və ya bu vəziyyətə düşmə riski olan şəxslərə (ailələrə) yönəlmiş sosial işin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan verəcək. “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə sosial işçilər və aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsi təmin olunacaq, sosial xidmətlər üçün müraciətlərin qəbulu, emalı və qiymətləndirilməsi rəqəmsal mühitdə aparılacaq. Beləliklə, bu altsistem sosial iş sahəsi ilə bağlı aidiyyəti qurumlar arasında e-sistem vasitəsilə koordinasiyanın güclənməsinə və sosial xidmətlərin daha çevik təşkilinə şərait yaradacaq”.

Məlumata görə, eyni zamanda, qiymətləndirmə və fərdi sosial iş planlarının hazırlanması, müraciətlərin və sosial halların qiymətləndirilməsinin e-qaydada icra olunması, altsistemin gələcəkdə funksionallığının genişləndirilməsi də nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.