Press "Enter" to skip to content

Sarıkamışda anlamlı tədbir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Sarıkamışda “İstiqlal Marşının qəbulunun 105-ci ildönümü və Mehmet Akif Ersoyun anım günü” üçün proqram təşkil edilib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, “Sarıkamış İlçe Milli Təhsil Müdirliyinin Xalq Təhsil Mərkəzi Salonunda təşkil etdiyi proqramda Sarıkamış İlçe Baş məmuru Enis Aslantatar, Bələdiyyə Başçısı Serdar Kılıç, protokol üzvləri, təşkilat müdirləri, müəllim və şagirdlər iştirak edib. Proqramda Mehmet Akif Ersoyun həyatı, Milli Mübarizənin uğur qazanması uğrunda apardığı mübarizə və İstiqlal Marşının qəbulu slayd nümayişi ilə izah edilib”.

Bildirilib ki, proqram şagirdlərin şeir oxuması və məktəblər arasında keçirilən rəsm, bəstəkarlıq və şeir müsabiqələrində qalib gələn şagirdlərə mükafatların verilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.