Press "Enter" to skip to content

Oğuzhan Hasipoğlu yenidən baş katib seçilib

Oğuzhan Hasipoğlu

BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partiyası (UBP) Mərkəz İdarə Heyəti (MYK) və daha sonra Partiya Məclisi (PM) bir araya gəlib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Bildirilib ki, “UBP sədri və baş nazir Ünal Üstelin başçılığı ilə keçirilən toplantıda partiyanın baş katib seçilib. Yeganə namizəd UBP-nin Mağusa millət vəkili Oğuzhan Hasipoğlu yenidən partiyanın baş katibi seçilib”.

Məlumata görə, Sarayönüdəki partiya binasında saat 15.20-də başlayan toplantı bir saata yaxın davam edib: “2021-ci ildən bu vəzifəni icra etdiyini bildirən O.Hasipoğlu, “Ardıcıl üç dəfə partiyanın baş katibi seçildim. “Biz bundan sonra da partiyamıza, dövlətimizə və xalqımıza ən yaxşı şəkildə xidmət edəcəyik” deyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.