Press "Enter" to skip to content

Nazir elmin inkişafı ilə bağlı alimlərin fikirlərini öyrənib

Nazir elmin inkişafı ilə bağlı alimlərin fikirlərini öyrənib

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər”.

Sonra xəbərdə, “görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb. Sonda E.Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərinin nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.