Press "Enter" to skip to content

Naxçıvanda yeni təyinat

İmran Məmmədov

BAYRAQDAR MEDİA – Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Nazrlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, “bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb. Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib. O, 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb”.

Qeyd edilib ki, İ.Məmmədov yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.