Press "Enter" to skip to content

İncəsənətlə maraqlanan gənclərə maarifləndirici dəstək

Pulsuz rəsm atelyesi

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər İdarəsi təsviri sənət və rəssamlığa maraq göstərən gənclər üçün pulsuz rəsm atelyesi təşkil edib.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, “Lavi Şəkil Atölyesi” adı altında təşkil olunan təlim seminarını Anadolu Universiteti Gözəl Sənətlər Fakültəsinin müəllimi Doktor Özgür Uğuz aparıb: “Ö.Uğuz deyib ki, seminar rəssamlığa marağı olan və ya bu sahədə təhsilini davam etdirən orta məktəb gənclərinin bədii ifadə gücünü inkişaf etdirmək məqsədi ilə başlanmışdır”.

O, Eskişehir Böyükşəhər Bələdiyyəsi sənətə maraq göstərən gənclər üçün seminar və təlim fəaliyyətlərinin davam edəcəyini vurğulayaraq, Eskişehirdə sənət fəaliyyətlərinin yayılmasına zəmin yaratmağa davam edəcəklərini ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.