BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ilin yanvar-fevral aylarında 1.4 milyondan çox sərnişin daşıyıb. Bu da ötən ilin analoji dövrünün göstəricisini 12 faiz üstələyir.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə,qatarla səfər edən xarici turistlərin sayı 38 faiz artaraq 3 min 763 olub.
İlk şərhi yaza bilərsiniz