Press "Enter" to skip to content

FHN-dən dumanlı hava şəraiti ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə müraciət

Fövqəladə Hallar Nazirliyi

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qeyd olunanları nəzərə alaraq FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.