BAYRAQDAR MEDİA – Azərbaycan nümayəndə heyəti Kars Bələdiyyəsinə səfər edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın Karsdakı baş konsulu Zamin Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Kars Bələdiyyəsinin başçısı Ötüken Şengeri ofisində ziyarət ediblər. Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri, dini qurumlar arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Nümayəndə heyəti Karsda mədəni və tarixi əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb”.
Məlumata görə, səfər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.
İlk şərhi yaza bilərsiniz