Press "Enter" to skip to content

Bu qurumun fəaliyyəti qismən məhdudlaşdırılacaq

Sumqayıt 1 saylı “ASAN xidmət” mərkəzi

BAYRAQDAR MEDİA – Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə 42d ünvanında yerləşən “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart – 7 aprel 2025-ci il tarixində fəaliyyətini qismən məhdudlaşdıracaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər. Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək”.

Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etmələri xahiş olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.