Press "Enter" to skip to content

“Bir Zamanlar İstanbul”da Doğu Türküstan və Azərbaycan duası – VİDEO

Cihangir Ceyhanın canlandırdığı Ali obrazı

BAYRAQDAR MEDİA – TRT 1-də hər cümə günü yayımlanan “Bir Zamanlar İstanbul” serialında məzlum türk və müsəlman xalqları unudulmayıb, beynəlxalq problemlər xatırladılıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “1990-cı illəri əhatə edən serialın 7 mart 2025-ci il tarixində son bölümündə Ramazan ayından bəhs edilib. Cihangir Ceyhanın canlandırdığı Ali obrazı iftar süfrəsi arxasında toplaşdığı bir qrup dostla dua edərkən Azərbaycanda ermənilərin törətdiyi qırğınları, Çinin Doğu Türküstanda törətdiyi soyqırımı unutmayıb”. Həmin səhnədə Ali süfrə başında dua zamanı “Ramazan ayları bizi bir araya gətirir, birləşdirir, eyni zamanda xalq olaraq qardaşlığımızı gücləndirir. Xüsusilə bu mübarək ayda dünyanın hər yerində Fələstində (İsrail hücumları), Bosniyada (1992-1995 Bosniya müharibəsi), Azərbaycanda (erməni qırğınları), Doğu Türküstanda (Çin soyqırımı) zülm altında yaşayan qardaş və bacılarımızı unutmaq olmaz. Onlardan dualarımızı və dəstəyimizi əsirgəməyək”, – deyə o bildirir.

Ali 1993-cü il fevralın 17-də İraqın Səlahəddinə getdiyi təyyarənin şübhəli şəkildə qəzaya uğraması zamanı şəhid olan Jandarma Baş Komandanı, general Eşref Bitlisə də dualarına yer verir.

Bu səhnəni sonuncu bölümün 1 saat 13-cü dəqiqəsindən etibarən izləmək olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.