Press "Enter" to skip to content

Arıköy üzrə qeydiyyatlar başlayıb

Arıköy

BAYRAQDAR MEDİA – Arıköydə botanika bilikləri, əsas və qabaqcıl arıçılıq, pətək baxımı və marketinq strategiyaları kimi mövzularda nəzəri və praktiki təlimlərə qeydiyyat başlayıb. Təlimlər Eskişehir Odunpazarı Bələdiyyəsi tərəfindən həyata keçirilir.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, 2025-ci il üzrə arıçılıq təliminə qeydiyyat 2025-ci il martın 10-da (bu gün) başlayıb və 2 aprel 2025-ci ildə başa çatacaq: “Müraciətlər Odunpazarı Bələdiyyəsi Əsas Xidmət Binasında yerləşən Kənd Xidmətləri Müdirliyinə şəxsən ediləcək. Odunpazarı Bələdiyyəsi tərəfindən həyata keçirilən Arıköy təlimləri usta təlimatçıların müşayiəti ilə keçirilir və iştirakçılar il boyu praktiki təcrübə qazanacaqlar”.

Qeyd edilib ki, təlimin sonunda əldə edilən bal ehtiyacı olan vətəndaşlara paylanaraq İctimai Bazar vasitəsilə satışa çıxarılır: “Arıçılıqla maraqlanan və bu sahədə bilik əldə etmək istəyən bütün vətəndaşlar Arıköy Layihəsinə müraciət edərək dəyərli məlumatlar əldə edə və praktiki təcrübə qazana bilərlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.