Press "Enter" to skip to content

ABŞ-də qızılcaya yoluxanların sayı artıb

ABŞ-də qızılcaya yoluxanların sayı artıb

BAYRAQDAR MEDİA – ABŞ-nin Texas ştatında qızılcaya yoluxanların sayı artıb.

Bu barədə BAYRAQDAR MEDİA “Demirören” Xəbər Agentliyinə istinadən xəbər verir.

Texas Səhiyyə Xidmətləri Departamentinin verdiyi açıqlamaya görə, yanvarın sonundan bəri 223 yoluxma aşkarlanıb. Epidemiyanın təsirli olduğu ərazidə yaşayan, qızılcaya qarşı peyvənd olunmamış və səhhətində heç bir problemi olmayan bir uşaq dünyasını dəyişib.

Sözügedən Departament qızılcanın yoluxucu olduğu səbəbilə epidemiya bölgəsində və ətraf ərazilərdə yeni halların baş vermə ehtimalının yüksək olduğunu bildirib.

Qeyd edək ki, səlahiyyətlilər epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə şöbələri ilə işləməyə davam edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.