BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İspaniya Krallığının ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuranməsələlər haqqında müzakirələr aparılıb. Ölkələrimiz arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib”.
Çıxışlarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun iqtisadi əməkdaşlığın daha da dərinləşməsi baxımından əhəmiyyəti vurğulanıb.
Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.
İlk şərhi yaza bilərsiniz