BAYRAQDAR MEDİA – Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 8 min 400 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovun saxlanılması da təmin edilib”.
Araşdırmalar aparılır.
İlk şərhi yaza bilərsiniz