BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlıq çərçivəsində martın 12-də Kritik Xammal mövzusunda seminar keçiriləcək.
BAYRAQDAR MEDİA-ya bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “iqtisadiyyat və sənaye sahəsində aparıcı mütəxəssisləri və akademik ekspertləri bir araya gətirəcək seminar, resurs təhlükəsizliyinin dəyişən dinamikasına və dayanıqlı təchizat zəncirlərinə fokuslanacaq”.
Məlumata görə, seminarın əsas çıxışçıları Türkiyədən olan qonaqlar – Prof. Dr. Leyla Keser Berber, Prof. Dr. Mustafa Kumral və Dos. Dr. Tuna Esen olacaq: “Onlar kritik xammal sahəsindəki son tendensiyalarla bağlı dəyərli ekspert fikirlərini bölüşəcəklər. Seminarda “Qlobal resurs təhlükəsizliyi tendensiyaları və dəyişən geosiyasi-iqtisadi şərtlərin mədən sənayesinə təsiri”, “Dayanıqlı təchizat zənciri strategiyaları, məsuliyyətli mədənçilik təcrübələri, dairəvi iqtisadiyyat modelləri və hasilat və emal sahəsində yeni innovasiyalar”, “Akademiyanın və beynəlxalq əməkdaşlığın mədən sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasında və sahədə ixtisaslaşmış kadr potensialının gücləndirilməsindəki rolu” mövzuları müzakirə ediləcək”.
İlk şərhi yaza bilərsiniz