Press "Enter" to skip to content

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüş

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə bu gün keçirilən Azərbaycan – İspaniya biznes forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasındatərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm vediyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb”.

Məlumata görə, tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər: “Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.