BAYRAQDAR MEDİA – İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir ki, martın 11-də Sınandaş (Sənəndəc) şəhərində Leyla Paşayi adlı daha bir qadın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bununla bağlı, qadının qardaşı sosial media hesabında paylaşım edib. Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilib ki, “Repressiv qüvvələr Leyla Paşayinin evinə basqın edərək onu tutublar. Daha sonra isə o, Sınandaşın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi tərəfindən “milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq”da günahlandırılıb”.
İlk şərhi yaza bilərsiniz