Press "Enter" to skip to content

Daha bir biznes-forum

Tədbirdən xatirə fotosu

Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığının inkişafı üçün geniş imkanlar var

BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib. Fprum İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məluat verilib.

Bildirilib ki, “forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər. Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq strateji səviyyəyə çatıb. Qeyd olunub ki, İspaniya ilə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon dolları ötüb. Bu istiqamətdə daha sıx işbirliyinin qurulması önəm kəsb edir. Hazırda investisiya əməkdaşlığına xüsusi diqqət yetirməklə iqtisadi əlaqələrin şaxələndirilməsi üzərində iş aparılır. Bu baxımdan yaşıl enerji, informasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, rəqəmsallaşma və nəqliyyat kimi sektorlarda geniş əməkdaşlıqpotensialı mövcuddur”.

Məlumata görə, nazir müavini bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrini dərinləşdirir: “Bu regionla tərəfdaşlıq investisiya ilə yanaşı, yaşıl enerji və digər sahələriəhatə edir.Bu baxımdan, İspaniya ilə Orta Asiyada birgə investisiyalar və layihələr üçün böyük potensial var. İspaniya Krallığının ticarət üzrə dövlət katibi Maria Amparo Lopez Senovilla iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı, birgə layihələrin reallaşdırılması imkanları haqqında fikirlərini bölüşüb. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmakulada Riera iki ölkənin biznes imkanları, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar”.

Məlumatda deyilir ki, “tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İspaniya İşəgötürənlər Konfederasiyasının baş icraçı direktoru Marta Blanko, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniyanın Azərbaycandakı səfiri Kristina Latorre Sanço tərəfdaşlığın inkişafı istiqamətləri barədə çıxış ediblər. Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub. Tədbir B2B formatında görüşlərlə davam etdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.