Press "Enter" to skip to content

Bütün mümkün ssenarilərə hazır olmalıyıq

Vüqar İskəndərov

Vüqar İskəndərov: Bunun bir yolu da “türk NATO-su”nun yaranmasından keçir

BAYRAQDAR MEDİA – “Təbii ki, hazırda qlobal məkanda baş verən proseslər həm də yeni dünya nizamının formalaşmasına cəhdlərin əlamətləri kimi dəyərləndirilməlidir. Yəni biz bu həqiqəti qəbul etməliyik ki, dünya gücləri mövcud dünya nizamının, belə deyək, artıq işə yaramadığı reallığını qəbul edirlər. Elə ona görə də yeni dünya nizamının formalaşdırılması üçün hərəkətə keçiblər”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlmasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu zaman real təkliflərlə, real addımlarla yanaşı qrup, şəbəkə və s. maraqlara xidmət edən təkliflərin edilməsi, hər hansı cəhdlərin göstərilməsi də təbiidir. Hnsı ki, biz bunun ilkin işartılarını görürük. Məlum olduğu kimi, bir qrup ABŞ qanunvericisi Nümayəndələr Palatasına Türkiyənin ABŞ Dövlət Departamentinin Avropa yurisdiksiyasından çıxarılaraq Orta Doğu ölkəsi kimi yenidən təsnifləşdirilməsini təklif edib. Bu təklif Türkiyənin diplomatik statusunun dəyişməsini nəzərdə tutur. Yəni, bu təşəbbüs Türkiyənin adının Avropa və Avrasiya İşləri Bürosundan Orta Doğu İşləri Bürosuna keçirilməsini nəzərdə tutur. Düzdür, bu təklifdə ABŞ-ın dövlət marağının nə qədər olub-olmadığı hələlik bəlli deyil. Ancaq istənilən halda biz bütün mümkün proseslərə hazır olmalıyıq”.

V.İskəndərovun sözlərinə görə, bu gün bu təklifi səsləndirənlər, sabah da “NATO buraxılsın, xristian NATO-su yaradılsın” təklifi ilə çıxış edə bilərlər: “Hesab edirəm ki, mümkün ssenarilərə hazır olmağın ilkin yolu Türk Dövlətləri Təşkilatını (TDT) daha da gücləndirməkdən keçir. Yəni biz TDT-ni iqtisadi, humanitar, siyasi sahələrdə olduğu kimi hərbi sahədə də gücləndirməliyik. Bunun da yolu TDT-inin öz ordusunun, belə deyək ki, “türk NATO-su”nun yaranmasından keçir. Vaxt itirmədən bu istiqamətdə hərəkət keçməliyik. Çünki bu istiqamətdə konkret addımları atmağın vaxtı çatıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.