BAYRAQDAR MEDİA – Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.