BAYRAQDAR MEDİA – 2024-cü ildə Bolqarıstanda Stara Zaqora zooparkında yumurtadan çıxan iki qartal balası Simitli bələdiyyəsinin Rakitna kəndi yaxınlığında təbiətə buraxılacaq. Bu barədə “Yaşıl Balkanlar” Vəhşi Təbiəti Xilasetmə Mərkəzindən məlumat verilib.
Radio Bolqarıstanın məlumatına görə, zooparkın tarixində ilk balası mart ayında, ikincisi isə iki ay sonra yumurtadan çıxıb: “Sanie və Belço adlı quşların övladları olan iki qartal kifayət qədər böyüyüncə “Sinite Skali” Təbiət Parkındakı uyğunlaşma zonasına köçürüldü və onları izləmək üçün peyk ötürücülərinin alınması üçün ianə kampaniyası başladıldı. Aprel ayında Stara Zaqorada yeni nəsil quşların görünəcəyi gözlənilir”.
İlk şərhi yaza bilərsiniz