BAYRAQDAR MEDİA – Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisinin meşə fondu torpaqlarında 22 min 740 ədəd müxtəlif növ ağac tingi əkilib, 200 kiloqrama yaxın toxum səpilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “martın 11-də meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib”.
İlk şərhi yaza bilərsiniz