BAYRAQDAR MEDİA – “Əgər hər hansı bir həmkarımız mətbuat xidmətinin rəhbəri təyin edilibsə, o həmin vəzifəyə media sahəsindən getdiyini unutmamalıdr”.
Bunu RTV-də yayımlanan “Media gündəliyi” verilişinin qonağı, Əməkdar jurnalist Nadir Azəri deyib.
O, qeyd edib ki, bəzi mətbuat xidmətinin rəhbərləri özlərini daha çox məmur kimi aparır.
Qeyd edək ki, Əməkdar jurnalist həmin müsahibəsində media sahəsinə gəlişindən də danışıb. Bildirib ki, həyatının müəyyən dövrü 1988-89-cu ilərə təsadüf edən insanların ictmai və humanitar sahəyə, mətbuata marağı olub: “Çünki biz vəhşi sovet rejimindən qopmaq üzrə idik, qarşımızda yeniliklər açılırdı. Biz də bu yenilikləri ifadə etməyə yerlər axtarırdıq”.
N.Azəri qeyd edib ki, o zaman Yevlaxda “Təşəbbüs” adlı qəzet nəşr edilirdi, bu qəzetin də baş redaktorunun müavini Əminə Əhmədova idi: “Mənim mətbuata gəlişimdə Əminə xanımın müstəsna rolu olub. O, belə deyək, əlimdən tutub, mənə dəstək olub. Həmin vaxt Əminə xanım “Təşəbbüs” qəzetinin baş redaktorunun müavini idi. Sonralar bu qəzet “Kür” adı ilə nəşr olunmağa başladı və Əminə xanım da həmin qəzetin baş redaktoru oldu. Həmin dövrlərdə Əminə xanım yazmaq həvəsində olan gənclərə canı ilə, qanı ilə dəstək verirdi”.
N.Azəri müsahibəsində bir idarə rəisi barədə yazdığı tənqidi məqaləsindən sonra həmin idarə rəisinin necə işdən çıxarıldığı, tanınmış şəxsin mühafizəçilərinin ona necə xəsarət yetirməsi və başqa maraqlı mövzulardan söz açıb, Azərbaycan mediasının yubiley yaşına necə qədəm qoymasından da bəhs edib.
Həmin müsahibənin oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq təqdim edirik.
İlk şərhi yaza bilərsiniz