BAYRAQDAR MEDİA– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib.
Bu mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib. Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyəvə s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.
İlk şərhi yaza bilərsiniz