Press "Enter" to skip to content

Dumanlı hava ilə bağlı xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi

BAYRAQDAR MEDİA – Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır”.

Bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərəkonları xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.