BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Bu fikirləri millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.
Millət vəkili bildirib ki, “mövcud qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar. Belə ki, şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyii olan şəxslər və valdeyinlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır. Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu, pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq. Yeni qaydalara əsasən, sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədi ilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq olar”.
İlk şərhi yaza bilərsiniz