Press "Enter" to skip to content

Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunurdu.

Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar sözügedən reyslər müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.