Press "Enter" to skip to content

Antarktidada 6 yeni bakteriya növü kəşf edilib

Antarktidada 6 yeni bakteriya növü kəşf edilib

BAYRAQDAR MEDİA – Çinin Qütb Araşdırmaları İnstitutunun (PRIC) tədqiqatçıları Antarktidada apardıqları araşdırmanın nəticələrini açıqlayıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “cumhuriyet.com.tr” saytı xəbər paylaşıb.

Tədqiqatçılar 3 min 500-dən çox qütb mikroorqanizmi variantının “mühafizəsini standartlaşdıraraq” 185 cinsdən 30 minə yaxın nümunə toplayıb.

Həmçinin tədqiqatçılar bir çox səyahətlər zamanı toplanan nümunələri araşdıraraq Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü kəşf edib və bu mikroorqanizmlərin bioloji genetika və növ müxtəlifliyi araşdırmaları üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.