BAYRAQDAR MEDİA – 1 mart 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 faiz artaraq 808,4 min təşkil edib.
Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, bəhs edilən dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 2,4 faiz artaraq 54,1 min təşkil edib.
Məlumata görə, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,2 min olub.
İlk şərhi yaza bilərsiniz