Press "Enter" to skip to content

Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub

Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub

BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub”.

Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.