Press "Enter" to skip to content

Türk dünyasının ortaq dəyərlərini qorumaq vacibdir

Tədbirdən xatirə fotosu

Samirali Usuboğlu: Məqsədimiz bu cür tədbirlərlə qardaşlıq bağlarını daha da gücləndirməkdir

BAYRAQDAR MEDİA – Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi və “Gözdeki Umut Derneği”nin, həmçinin bir sıra yerli QHT-lərin təşkilatçılığı ilə “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir keçirilib. Tədbirdə Türkiyədən hüquq, media, sağlamlıq üzrə ekspertlər, tekstil, qida sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri ştirak ediblər.

Dövlət himnləri oxunarkən
Dövlət himnləri oxunarkən

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil edilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Gözdeki Umut Dərnəyi həm milli-mənəvi dəyərlərə bağlılığı, həm də sosial məsuliyyət layihələri ilə tanınır

Tədbirdə çıxış edən “Gözdeki Umut Derneği” Kurucu Başkanı və Usuboğlu Holding Yönetim Kurulu başqanı Samirali Usuboğlu “Məqsədimiz bu cür tədbirlərlə qardaşlıq bağlarını daha da gücləndirməkdir. Türk dünyasının ortaq dəyərlərini qorumaq və “Bir millət, iki dövlət” anlayışı ilə gələcək nəsillərə ötürmək bizim ən əsas vəzifələrimizdəndir. Bu gün etdiyimiz səfərlərlə şanlı tariximizin memar və qəhrəmanlarını yad etməklə gənc nəsillərə birlik və həmrəylik ruhunu aşılamağı hədəflədik” deyib.

Samiral Usuboğlu çıxış edərkən
Samiral Usuboğlu çıxış edərkən

Çıxışda qeyd edilib ki, Gözdeki Umut Dərnəyi həm milli-mənəvi dəyərlərə bağlılığı, həm də sosial məsuliyyət layihələri ilə tanınır: “Bu mənalı tədbirdə iştirak edən və bizə dəstək olan hər kəsə səmimi təşəkkürlərimi bildirirəm. Əmin ola bilərsinzi ki, Gözdeki Umut Dərnəyi olaraq gələcəkdə də oxşar tədbirlərlə cəmiyyətdə maarifləndirmə işini və sosial məsuliyyət anlayışımızla hərəkət edərək bu kimi mənalı layihələri həyata keçirməyə davam edəcəyik”.

Səmayə Həşimova: Türkiyə və Azərbaycanın qardaşlıq münasibəti 44 günlük müharibədə sübut olunub

Məlumat verilib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri günü-gündən inkişaf edir. Tədbirdə Türkiyənin Azərbaycana İkinci Qarabağ müharibəsində dəstəyindən söhbət açılıb, iki dövlət arasında var olan qardaşlıq bağlarının əhəmiyyəti vurğulanıb.

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərkən
Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərkən

Şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, Türkiyə və Azərbaycanın qardaşlıq münasibəti 44 günlük müharibədə sübut olunub. O, bir-birini hər zaman dəstəkləyən Türkiyə və Azərbaycan qadınlarının gücünün birlikdə olduğunu diqqətə çatdırıb.

Songül Başar: bu cür tədbirlər türk dünyasının gələcəyi üçün də önəmlidir

Tədbirdə çıxış edən “Bu Son Collection” Yönetim Kurulu başqanı Songül Başar öncə onu deyib ki, bu cür tədbilər davamlı olmalıdır: “Hesab edirəm ki, bu cür tədbirlər davamlı olaraq keçirilməlidir. Burada müxtəlif sahələri təmsil edən şəxslər olması xüsusilə önəmlidir. Çünki bizlər hər birimiz təmsil etdiyimiz sahələrdə bu tədbirdə səslənən təkliflərin, birlik və bərabərlik çağırışlarının geniş insan kütləsinə çatması üçün çalışmalıyıq”.

Songül Başar çıxış edərkən
Songül Başar çıxış edərkən

Songül Başar, həmçinin əlavə edib ki, bu cür tədbirlər türk dünyasının gələcəyi üçün də önəmlidir.

Fuad Rəsul: Məqsəd birgə fəaliyyəti gücləndirməkdir

Azərbaycan Qan Donoru İnkişaf Mərkəzinin direktoru Fuad Rəsul da vurğulayıb ki, tədbirin məqsədi Azərbaycanın tarixi və milli dəyərlərini xatırladaraq cəmiyyətin ortaq dəyərlər ətrafında birləşməsi və birgə fəaliyyəti gücləndirmək, iş dünyasında yeni əlaqələrin yaradılmasına stimul verməkdir.

Fuad Rəsul çıxış edərkən
Fuad Rəsul çıxış edərkən

O, irsi qan xəstəliyindən əziyyət çəkən ailələrə dövlət dəstəyindən danışıb.

Sosial layihələrinin mediada işıqlandırılması vacibdir

Tədbirdə həmçinin Türkiyənin tanınmış aktyoru Ertuğrul Şakar, Türkiyənin Ədliyyə Nazirliyinin “Değer” dərgisinin müdiri Hakan Erdem, terrorla mücadilə uzmanı İmbat Muğlu, RSS Savunma Yönetim Kurulu başqanı Serdar Cin, Dos. Dr Mehmet Baran Balcan, Dos. Dr. Aliye Menevşe, Əməkdar artist Elnarə Abdullayeva və digər şəxslər çıxış edib, təkliflərini səsləndiriblər.

Çıxışlarda sosial məsuliyyət layihələrinin mediada işıqlandırılmasının vacibliyini bildirilib, qadınların birliyinin önəmi və çətinliklərə sinə gərən qadınlarla bağlı sosial məsuliyyət layihələrinin həyata keçirilməsinin əhəmiyyətli olduğu vurğulanb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.