Press "Enter" to skip to content

Türk dünyasının birliyi möhkəm təməllərə əsaslanır

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 13 Mart 2025

Bu birliyin güclü olmasında mədəni əlaqələr də mühüm rol oynayır

BAYRAQDAR MEDİA – Müasir dövrdə baş verən hadisələr milli, dini, yaxud mədəni baxımdan yaxın olan ölkələrin “çəkici eyni zindana vurması”nı tələb edir. Yəni artıq köhnə dünya nizamı pozulub. Yeni dünya nizamının qurulması qaçılmazdır. Məhz belə bir ərəfədə, xüsusilə milli dövlətlərin öz talelərini başqasının ixtiyarına verməmələri üçün çevik addımların atılması vacibdir. Bu baxımdan türk dünyası coğrafiyasına daxil olan ölkələr, bu ölkələrin vahid qurumu olan Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə mühüm vəzifələr düşür. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi TDT bu mərhələdə dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər.

Şəkildə soldan-sağa: Dr. Alptekin Cihangir İşbilir, Əməkdar artist Elnarə Abdullayeva və Türkiyədən gələn qonaq Songül Başar
Şəkildə soldan-sağa: Dr. Alptekin Cihangir İşbilir, Əməkdar artist Elnarə Abdullayeva və Türkiyədən gələn qonaq Songül Başar

Təbii ki, bunun üçün də bütün sahələrdə daha çox işlərin görülməsi vacibdir. Doğrudur, dövlət başçıları bu istiqamətdə qətiyyətli mövqe sərgiləyir, misilsiz işlər görürlər. Lakin bu işdə fərd və ya qurumlar olaraq bizlər də fəallıq göstərməliyik. Onu da vurğulayaq ki, istənilən birliyi möhkəm edən həm də o birlikdə təmsil olunan ölkələr arasında mədəni bağların güclü olmasıdır. Bu baxımdan ötən həftə keçirilən “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbiri, həmçinin bu tədbirin iştirakçılarından biri olan Əməkdar artist Elnarə Abdullayevanın dəvət ilə elə onun evində iftar süfrəsi arxasında keçirilən mədəni-ictimai görüşü də vurğulamaq yerinə düşər.

Elnarə Abdullayeva, tədbir boyunca musiqiçilərinin müşayiəti ilə Azərbaycan və türk musiqilərini ifa etdi
Elnarə Abdullayeva, tədbir boyunca musiqiçilərinin müşayiəti ilə Azərbaycan və türk musiqilərini ifa etdi

Tədbirdə iştirak etmək üçün Türkiyədən gələn və müxtəlif sahələri əhatə edən fəallar, Azərbaycan və Türkiyədən ziyalılar, tanınmış sənətçilər, iş insanları, mətbuat və QHT sektorunun təmsilçilərinin eyni ortamda görüşünə vəsilə oan bu məclis həm səslənən çıxışlar, həm də musiqili anları ilə hələ uzun müddət yaddaşlarda qalacaq.

Elə ev sahibi Elnarə Abdullayevanın dediyi kimi bu cür tədbirlər bizləri bir-birimizə daha da yaxınlaşdırır, daha da doğmalaşdırır.

Əməkdar artist Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının məmnunluq doğuruduğunu, bu cür məclislərin və tədbirlərin isə bu qardaşlığı daha da gücləndirdiyini dedi: “Bu gün burada dəvətimizi qəbul edib, iştirak edən hər kəsə “xoş gəlmisiniz” deyirəm”.

“Biz eyni irfan və mədəniyyət ruhundan bəslənirik. İndi bu ruhu yenidən canlandırma vaxtıdır”, – deyən Türkiyə səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir isə iki qardaş ölkənin münasibətlərinin türk dünyası dövlətləri üçün nümunə olduğunu bildirdi. Müşavir iki ölkə arasında əlaqələrin elm, təhsil və mədəniyyət sahəsində olduğu kimi Türkiyə-Azərbaycan media platforması çərçivəsində də uğurla inkişaf etdiyini vurğuladı.

Tədbirdən daha bir xatirə fotosu
Tədbirdən daha bir xatirə fotosu

“Tarixi köklərə əsaslanan və hazırda Türkiyə Cumhurbaşqanı sayın Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaşlığından, qətiyyətindən güc alan bu əlaqələrin daha da irəli aparılması üçün bizlər də fəal olmalıyıq” deyən Dr. Alptekin Cihangir İşbilir bu məclisə ev sahibliyi edən Elnarə Abdullayevaya və Gözdeki Umut Derneği qurucu başqanı və Usuboğlu Holding Yönetim Kurulu başqanı Samirali Usuboğluna təşəkkür etdi.

Samirali Usuboğlu isə öz növbəsində iki qardaş ölkənin əlaqlərinin daha da güclənməsinə xidmət edən layihələrin bundan sonra da reallaşdırılacağını bəyan etdi.

Nadir Azəri (solda) və Dr. Alptekin Cihangir İşbilir
Nadir Azəri (solda) və Dr. Alptekin Cihangir İşbilir

“Bu Son Collection” Yönetim Kurulu başqanı Songül Başar isə “türkün gücü həm də onun birliyindədir. Biz bir olmalıyıq. Hesab edirəm ki, tezliklə belə məclislərdə digər türk dövlətlərinin təmsilçiləri də iştirak etməlidir” dedi.

Gecədə çıxış edən Türkiyənin Ədliyyə Nazirliyinin “Değer” dərgisinin müdiri Hakan Erdem isə türk qadının hər zaman öz fəallığı ilə seçildiyini, proseslərdə kişilərlə bərabər fəal şəkildə iştirak etdiyini dedi.

Çıxışını qlobal məkanda baş verən toqquşmalar üzərində quran terrorla mücadilə uzmanı İmbat Muğlu da müasir zamanın çağırışlarına uyğun olaraq türk dünyasında inteqrasiyanın daha da dərindən baş verməsinin vacib olduğunu, bu cür tədbir və məraismləri inteqrasiyanı bir qədər də sürətləndirdiyini dedi.

Çıxış edənlər Türkiyə və Azərbaycanın qardaş və dost ölkələr olduğu kimi bu tədbirin birlik və qardaşlıq ruhunu əks etdirdiyini ifadə etdi.

Şəkildə soldan-sağa: Nadir Azəri, Elnarə Abdullayeva və Songül Başar
Şəkildə soldan-sağa: Nadir Azəri, Elnarə Abdullayeva və Songül Başar

Onu da qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayeva, tədbir boyunca musiqiçilərinin müşayiəti ilə Azərbaycan və türk musiqilərini ifa edərək əsrarəngiz səsi ilə qonaqların könlünü fəth etdi.

Mission News Theme by Compete Themes.