BAYRAQDAR MEDİA – Eskişehirdə günlərdir təsirli olan isti havadan istifadə edən vətəndaşlar çölə axın edərkən, yerli və xarici turistlərin tez-tez üz tutduğu Porsuk axınında qondola xidmətləri artıb.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “bir neçə gündür bütün şəhərdə havanın temperaturu mövsümi normadan yüksək olub. İstidən istifadə edən vətəndaşlar şəhər mərkəzinə axışarkən, turistlərin ən çox üz tutduğu yer olan Porsuk bulvarında sıxlıq yaranıb. Xüsusilə əsas turizm fəaliyyətlərindən olan qondola turlarının artdığı müşahidə edilib”.
İlk şərhi yaza bilərsiniz