Press "Enter" to skip to content

“Nar”dan bayram tədbiri

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi bir tədbir təşkil edib. Media nümayəndələri üçün təşkil olunan gil sənətkarlığı master-klassında iştirakçılar öz baxışlarını sənətə çevirməklə fərqli sənət əsərləri hazırlayıblar.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirin məqsədi jurnalistlər üçün yaradıcı bir mühit yaratmaq, onları gündəlik iş rejimindən ayıraraq sənətin və incəsənətin ilhamverici gücündən faydalanmalarına şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə media nümayəndələrinin yaradıcı potensialını dəstəkləməklə yanaşı, eyni zamanda onların bu xüsusi gününü özünəməxsus bir tərzdə təbrik edib.

“Nar” hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verir və bu istiqamətdə müxtəlif təşəbbüsləri davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.