Press "Enter" to skip to content

MÜSİAD-ın yaranmasının 35-ci ildönümüdür

Rəşad Cabirli: 35 il ərzində atılan addımlar sabaha daha inamla baxmağa əsas verir

BAYRAQDAR MEDİA – “Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi – MÜSİAD 35 ildir ki, birlik və bərabərlik ruhuyla millətimizin maddi və mənəvi inkaşafına önəmli töhfələr verməkdədir. 35 il ərzində atılan addımlar sabaha daha inamla baxmağa əsas verir”.

Bunu Şabran rayonunda keçirilən iftar mərasimindəki çıxışında “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

O, qeyd edib ki, 35 ildir uğurla fəaliyyət göstərən MÜSİAD fərdlərin və qurumların, ölkənin və cəmiyyətin, bölgənin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan “İnkişaf – Əməkdaşlıq – Güc Birliyi Platforması”dır: “Bizlər də “MÜSİAD Azərbaycan” olaraq məhz bu mədəniyyət davası və təfəkkürü ilə bu gün Şabranda qonaq olduq”.

R.Cabirli bildirib ki, MÜSİAD türk dünyasında da önəmli addımları ilə seçilir: “1990-cı ildə Türkiyədə təsis edilmiş, bu gün 84 fərqli ölkədə 179 şöbəsiylə fəaliyyət göstərən, 14 min üzvüylə 60 min şirkəti birləşdirən MÜSİAD türk dövlətlərində də yerli təmsilçilikləri ilə uğurlu fəaliyyət göstərir. Bu sırada “MÜSİAD Azərbaycan” da var. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayan “MÜSİAD Azərbaycan” hazırda müxtəlif sahələrdən olan 87 üzvü ilə 7 min 356 nəfər işçiyə iş imkanı verməkdədir. 87 üzvdən 30-u Türkiyə vətəndaşı, 57-si Azərbaycan vətəndaşıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.