Press "Enter" to skip to content

Laçın hava limanına işə qəbul ilə bağlı əmək yarmarkası

Laçın hava limanına işə qəbul ilə bağlı əmək yarmarkası

BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında əmək yarmarkası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “bu təşəbbüs, Böyük Qayıdış proqramı çərçivəsində Laçın əsilli vətəndaşlara 2025-ci ildə fəaliyyətə başlayacaq Laçın Beynəlxalq Hava Limanında iş imkanları yaratmaq və onların hava nəqliyyatı sektorunda karyera qurmasına dəstək olmaq məqsədilə həyata keçirilib. Yarmarka çərçivəsində uçuşların elektrik-işıq texniki təminatı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizliyi, texnoloji avadanlıqların istismarı və təmiri sahələri üzrə 110-dan çox vakansiya təqdim edilib”.

Daha sonra xəbərdə, “əmək yarmarkasında 100-ə yaxın Laçın sakini iş üçün müraciət edib. Tədbir zamanı iştirakçılara hava limanında iş şəraiti, vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib. Daxil olan bütün müraciətlər operativ şəkildə qiymətləndiriləcək və uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən uğurla keçən şəxslər Laçın Beynəlxalq Hava Limanında müvafiq vəzifələr üzrə işlə təmin ediləcəklər” deyə bildirilir.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturunun inkişafına deyil, həm də regionun sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verəcək. Yeni hava limanı məşğulluğun artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də turizmin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.