BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub”.
Daha sonra xəbərdə, “təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan, həmçinin “lift boşluğundan” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”. Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz