BAYRAQDAR MEDİA – İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir ki, Tehran İnqilab Məhkəməsi Güney Azərbaycanlı milli fəal Əlirza Fərşini 8 ay müddətinə azadlıqdan məhrum edib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə görə, “hakim Məhəmmədtağı Nağızadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında milli fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb.”
Bildirilib ki, “Əlirza Fərşi daha öncə dinc fəaliyyətlərinə görə İran hökumətinin repressiv qüvvələrinin basqıları ilə üzləşib”.
İlk şərhi yaza bilərsiniz