Press "Enter" to skip to content

Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair təlim

Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyiıir ki, “Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində təşkil edilən təlimin məqsədi çətin həyat şəraiti ilə qarşılaşan, sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsi, informasiya təminatının yaxşılaşdırılması və maarifləndirilməsidir. Təlimdə Mərkəzin 40-dan çox benefisiarı iştirak edib”.

Sonra xəbərdə, “çıxışlarda erkən nikahın və qohumlar arasında nikahın fəsadlarından danışılıb. Bunun gənclərin həyatına göstərdiyi mənfi təsirlərə diqqət çəkilib. Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmlənməsi məqsədilə nəzərə alınmalı məqamlardan danışılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.