Press "Enter" to skip to content

Bu qardaşlıq həm dostlara, həm də düşmənlərə böyük mesajdır

Prof. Dr. Birol Akgün

Prof. Dr. Birol Akgün: Türkiyə və Azərbaycan nə qədər güclüdürsə, türk dünyası da özünü bir o qədər güclü hiss edir

BAYRAQDAR MEDİA – “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları ötən hər gün daha da güclənir və inkişaf edir. “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu qardaşlığımız əsrlərin sınağından çıxıb və hazırda dünya üçün bir nümunə təşkil edir”.

Bunu “MÜSİAD Azərbaycan”ın təşəbbüsü ilə Şabran rayonunda yerli sakinlər və həm bu rayonda, həm də ətraf bölgələrdə yaşayan Axıska türkləri ilə iftar süfrəsindəki görüşdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün deyib.

Bakı ilə yanaşı regionlarda da insanlarla bir araya gəlmək, onlarla söhbətlər etməyin əhəmiyyətinə toxunan səfir “MÜSİAD Azərbaycan”ın təşəbbüsü ilə Şabranda reallaşan məclisin bu baxımdan da önəm kəsb etdiyini deyib.

Prof. Dr. Birol Akgün əlavə edib ki, dərin köklərə malik Türkiyə-Azərbaycan qardaşlığı hazırda yeni mərhələyə qədəm qoyub: “Dövlət başçılarımız Recep Tayyip Erdoğanla İlham Əliyevin qardaşlığından və qətiyyətindən güc alan bu əlaqələr türk dünyasının daha da dərin inteqrasiya üçün də təkan rolunu oynayır”.

Qardaş ölkənin səfiri, həmçinin “Biz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olmasını istəyirik. Bu qardaşlıq həm dostlara, həm də düşmənlərə böyük mesajdır. Türkiyə və Azərbaycan nə qədər güclüdürsə, türk dünyası da özünü bir o qədər güclü hiss edir. Allah birliyimizi, həmrəyliyimizi pozmasın” deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.