BAYRAQDAR MEDİA – Muratpaşa Bələdiyyəsi Kültür Salonunda İraq Türkmən Birliyi və Dayanışma Dərnəyi Çağdaş Türk Xalq Musiqisi Xoru, Armoni Musiqi Qrupu, Çağdaş Bendir Qrupu və Antalya Çağdaş Türk Musiqi İcması, xor şefi Arzu Dede başçılığındakı İraq Türkmən Birliyi ve Dayanışma Dərnəyi Çağdaş Türk Xalq Musiqi Xoru “Türkü dadında yaşamaq” adlı möhtəşəm bir konsertə daha imza attı.
Xəbər BAYRAQDAR MEDİA-ya Iraq Türkmən Gazetecilər Cəmiyyəti Xarici Ələqalər sorumlusu Dr. Kürşat Çavuşoğlu tərəfindən daxil olub.
Bildirilib ki, konsertdə İraq türklərinin əfsanəvi sənət xadimi İbrahim Rauf Tərzi qonaq kimi iştirak edib. İstiqlal Marşının oxunmasıyla başlayan konsertin aparıcısı Arzu Demir olub.
Xor, Arzu Dede başçılığında Tükiyənin hər bölgəsindən və Kərkükün dərinliklərindən gələn unudulmaz melodiyaların ifasını gerçəkləşdirdi. Səhnədə həmçinin, Armoni Musiqi Qrupu, Çağdaş Bendir Qrupu ve Antalya Çağdaş Türk Musiqi Birliyinin də ifaları səsləndi. Çağdaş Bendir Qrupu səsləndirdiyi ilahilərlə könülləri məst etməyi bacardı. Xor Kərkük türkülərinin ifası ilə musiqi sevərlərə unudulmaz bir gecə yaşatdı.
Dinləyicilər sonda, xor şefi Arzu Dede, xor və digər musiqiçiləri ayaqda alqışladılar.
Antalya Çağdaş Türk Musiqi Birliyi və Çağdaş Bendir Qrupu adından Fatma Meriç, İsmail Eker, Şef Arzu Dedeyə çiçək təqdim edilib. Gülcan Gürler və aparıcı Arzu Demir də xor üzvləri adından çiçək və təşəkkürlərlə təbrik ediliblər. Sonda, Dərnək başqanı Dr. Kürşat Çavuşoğlu xor şefi Arzu Dede və İbrahim Rauf Tərziyə plaket təqdim edib.
İlk şərhi yaza bilərsiniz